“Narıncılar”dan ərəb klubuna

“Barselona”nın qapıçısı Mark Andre ter Ştegen “Əl-İttihad”a keçə bilər.

Allsport.az xəbər verir ki, Səudiyyə komandasının nümayəndələri artıq almaniyalının ətrafı ilə əlaqə saxlayıblar, lakin hələlik “Barselona”nın özü ilə detalları müzakirə etməyiblər.

Qeyd olunur ki, hər şey təklif olunan müqavilədən asılı olacaq. Hazırda futbolçu 2028-ci ilə qədər sözləşmə imzaladığı “Barsa”dakı şərtlərindən tam razıdır.

Həmin kateqoriyadan