- Baxış sayı: 150
- 08 May 2026 23:17
- Baxış sayı: 218
- May 08, 2026
- 0

AFFA və Naxçıvan futbol federasiyasının (NFF) birgə təşkilatçılığı ilə UEFA “C” kursunun 1-ci mərhələsi keçirilir.
Allsport.az xəbər verir ki, məşğələnin açılışında AFFA-nın texniki direktoru Cahangir Həsənzadə və NFF-nin baş katibi Raqif Abbasov da iştirak ediblər.
AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov tərəfindən keçirilən 1-ci modula iyulun 24-də yekun vurulacaq.
“C” kursunun növbəti mərhələləri avqust və sentyabr aylarında olacaq.