Nazim Süleymanov: Futbolçularımızı əzmkarlığa görə təbrik etmək istəyirəm

Topaz premyer liqasının 5-ci turunda “Sumqayıt” səfərdə “Keşlə”yə 2:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Nazim Süleymanov bunu deyib:

“Qələbə çox yaxşıdır. Hərçənd, ilk hissədə məğlub durumda idik, ancaq ikinci hissədə toparlanmağımız komandanın əzmkarlığını göstərir. “Keşlə”nin qapısında daha çox qol epizodu oldu. Futbolun meyvəsi qoldursa, bu, çatmırdı. Futbolçularımızı əzmkarlığa görə təbrik etmək istəyirəm.

Hələ oyunlar qabaqdadır. Daha yaxşı çalışmalı, irəli baxmalıyıq. Nəticə 90 dəqiqədə olur. Meydanda özünü idarə etsən, daha yaxşı oynayacaqsan. Hər bir baş məşqçi istəyər ki, millidə çox futbolçusu olsun. Nə qədər çox futbolçun millidə olsa, bir o qədər yaxşıdı”.

Həmin kateqoriyadan