- Baxış sayı: 36
- 30 Aprel 2024 18:00
- Baxış sayı: 40
- Aprel 30, 2024
- 0
“Sumqayıt” Türkiyədə ilk yoxlama oyununda Qətərin “Əl-Şəhaniyə” klubu ilə 1:1 heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Nazim Süleymanov görüşlə bağlı bunu deyib:
“Ümumilikdə götürsək, oyundan razı qaldım. Futbolçular ilk oyun olduğu üçün pis təsir bağışlamadılar. Oyun ərzində xeyli qol epizodlarımız oldu, lakin yaranmış imkanlardan istifadə edə bilmədik.
Yoldaşlıq görüşləri əsasən heyətin formalaşdırılması üçün nəzərdə tutulub. Ona görə də bu oyunlarda əldə olunan nəticələr elə də önəm kəsb etmir”.