- Baxış sayı: 34
- 27 Aprel 2025 10:15
- Baxış sayı: 46
- Aprel 27, 2025
- 0
“İdman həftəsi” çərçivəsində nəzərdə tutulmuş silsilə tədbirlər davam edir.
Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyinin əməkdaşları arasında badminton yarışı keçirilib.
“Volan” badminton klubunda təşkil olunan, maraqlı və əyləncəli keçən yarışın sonunda qadınlar arasında Nərmin Əhmədova (ictimaiyyətlə əlaqələr şöbəsi) birinci olub. İlahə Çələbiyevə və Aysu Kərimzadə (hər ikisi idman şöbəsi) müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər. Kişilər arasında Mikayıl Novruzov, Hüseyn Quliyev, Rəşad Rəsulov (hər üçü idman şöbəsi) fərqləniblər. Qaliblərə nazirliyin medal və diplomu təqdim edilib.