“Neftçi” 1300-cü qolunu bu futbolçu vurub

Topaz premyer liqasının 10-cu turunda “Keşlə”yə 1:0 qalib gələn “Neftçi” klubu mövsümdə 20-ci qolunu vurub. Allsport.az saytı xəbər verir ki, bu, həm də 1992-ci ildən keçirilən ölkə çempionatlarında tarixi qol olub.

Cari mövsümədək 1280 dəfə fərqlənən bayraqdar “ASK Arena”dakı qolla 1300-ə çatıb. “Ağ-qaralar” yubiley qolunu Mirabdulla Abbasov vurub.

Azərbaycan çempionatlarında ən çox qol vuran komanda olan “Neftçi” 1300-cü qolunu 759-cu matçında vurub. Bakılıların orta məhsuldarlığı 1,71-ə bərabərdir. Komanda bu qollardan 755-ni evdə, 525-ni səfərdə, 20-ni neytral meydanda rəqib qapısından keçirib.

Həmin kateqoriyadan