- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 107
- İyun 23, 2026
- 0
“Neftçi” Namiq Ələsgərovla gələn mövsümünün sonunda bitməli olan müqavilənin müddətini artırıb. Allsport.az saytı xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi 2020/21-ci illərdə də komandada çıxış edə biləcək. O, ümumilikdə, 70 oyuna çıxıb və 12 qol vurub.
“Ağ-qaralar” Rəhman Hacıyevlə də anlaşmanı daha 1 il uzadıb. 25 yaşlı futbolçu 2020/2021 mövsümünün sonunadək flaqmanın şərəfini qoruyacaq. O, cəmdə 145 matçda 15 dəfə fərqlənib.