“Neftçi-70 – Unudulmayan keçmiş” kitabı artıq satışda

Azarkeşlərin çoxsaylı müraciətlərini nəzərə alaraq “Neftçi-70 – Unudulmayan keçmiş” kitabı bu gündən etibarən satışda olacaq. Allsport.az xəbər verir ki, kitabda paytaxt klubunun 1937-2007-ci illər ərzindəki oyunları, tarixi şəkillər və maraqlı statistik göstəricilər yer alıb.

Qiyməti 37 AZN olan kitabın satışı bu gün baş tutacaq “Neftçi” – “Qaradağ Lökbatan” oyunundan öncə, saat 16:30-dan etibarən həyata keçiriləcək.

Xatırladaq ki, bu gün saat 16:30-dan etibarən kitabla yanaşı, ötən mövsüm “Neftçi”nin əsas heyət futbolçularının geyindiyi formaların da satışı təşkil olunacaq. Formaların qiyməti isə simvolik olaraq 19 manat 37 qəpikdir.

Həmin kateqoriyadan