“Neftçi” artıq etibarlı əldədir! Fərrux Mahmudov bayraqdarın prezidenti təyin edildi!

“Neftçi” artıq etibarlı əldədir! Fərrux Mahmudov bayraqdarın prezidenti təyin edildi!

Fərrux Mahmudov “Neftçi” peşəkar futbol klubunun prezidenti (baş icraçı direktoru) təyin edilib. Allsport.az saytı xəbər verir ki, o, 1982-ci ildə anadan olub. 1999-2003-cü illərdə Azərbaycan dövlət iqtisad universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdi isə Mərkəzi avropa universitetinin niznes məktəbində biznesin idarə olunması və marketinq üzrə magistr təhsili alıb.

Fərrux Mahmudov 2022-ci ildən Azərbaycan basketbol federasiyasının icraçı direktorudur. O, həmçinin 2015-ci ildən “ALTÜST Media” MMC-nin təsisçisi və idarəedici direktoru olmuşdur.

Müxtəlif illərdə “Samsung Electronics Caucasus”, “British American Tobacco Azerbaijan”, “Azerfon” MMC və digər şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.

Həmin kateqoriyadan