“Neftçi” “Azəriqaz layihə inşaat”la anlaşdı

“Neftçi”ni dəstəkləyən şirkətlər arasına daha biri daxil olub. Allsport.az xəbər verir ki, klubla “Azəriqaz layihə inşaat” QSC arasında qarşılıqlı əməkdaşlığın edilməsi haqqında razılıq əldə edilib. Tərəflər 2 illik müqaviləyə imza atıb.

Razılaşmaya əsasən, bu müddətdə “Neftçi”nin əsas və əvəzedici komandalarının oyun formalarının arxa hissəsində qarşı tərəfin əmtəə nişanı əks olunacaq. Həmçinin, rəsmi və qeyri-rəsmi ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində şirkətin fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək. Kluba məxsus sosial media səhifələrində “Azəriqaz layihə inşaat” QSC-nin də loqosunun yer alacağı paylaşımlar ediləcək və digər xidmətlər göstəriləcək.

Müqaviləyə əsasən, “Azəriqaz layihə inşaat” QSC “Neftçi”nin tikilməkdə olan “Türk hava yolları futbol mərkəzi”ndə işlərin davam etdirilməsində kluba dəstək göstərəcək.

Həmin kateqoriyadan