“Neftçi” baş məşqçi və köməkçiləri ilə yollarını ayrıdı

Allsport.az xəbər verir ki, Bakı klubunun müşahidə şurasının qərarı ilə əsas komandanın baş məşqçisi Laurentsiu Regekampf, köməkçi məşqçilər – Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene ilə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Yeni baş məşqçi haqqında ictimaiyyətə məlumat veriləcək.

2022-ci ilin iyunundan “Neftçi”ni çalışdıran Regekampf 2022/23 mövsümündə “ağ-qaralar”la premyer liqanın bürünc medallarını qazanıb, Azərbaycan kubokunun finalçısı olub.

Bakı təmsilçisi rumıniyalı mütəxəssisin rəhbərliyi altında 45 rəsmi oyun keçirib. Bu matçlardan 24-ü flaqmanın qələbəsi, 8-i heç-heçə, 13-ü isə məğlubiyyətlə başa çatıb.

Həmin kateqoriyadan