- Baxış sayı: 42
- 23 Sentyabr 2026 23:52
- Baxış sayı: 168
- Sentyabr 23, 2026
- 0

“Neftçi” baxışa yeni futbolçu dəvət edib. Allsport.az saytı xəbər verir ki, bu, qvineyalı Mamadu Kanedir. 21 yaşlı Kane mərkəz yarımmüdafiəçisidir.
Ölkəsinin “Kaloum Star” klubunun üzvü olan futbolçu bu ölkənin 20 yaşadək millidə çıxış edib və dünya çempionatında iştirak edib.
Qeyd edək ki, məşqçilər heyəti bu gündən məşqlərə qoşulan Mamadu Kane haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.