- Baxış sayı: 39
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 134
- Sentyabr 23, 2026
- 0
Avropa liqasının 3-cü təsnifatda “Neftçi” – “Bney Yəhuda” matçına təyinatlar açıqlanıb. Allsport.az saytı xəbər verir ki, oyun Fransadan olan briqadaya tapşırılıb.
Baş hakim Kərim Abed olacaq. Ona Hiçam Zakrani və Mikael Berçebru kömək edəcəklər. 4-cü hakim funksiyasını Floran Batta yerinə yetirəcək.
UEFA nümayəndəsi İonel Piskanu (Rumıniya), hakim-inspektor isə Kyell Alset (Norveç) olacaq. Avqustun 8-də “Bakcell arena”da oyunu saat 21:00-da başlayacaq.