- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

“Neftçi” premyer liqanın 13-cü turunda “Sabah”la oyuna hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, “Səbail”lə görüşdən (2:0) sonra fasilə verməyən komanda bu gün öz bazasında növbəti məşqə çıxıb.
Ruslan Abışovun fərdi məşq etdiyi hazırlıq prosesində bütün futbolçular iştirak ediblər. Dekabrın 1-də “Əlincə arena”da keçiriləcək oyun saat 16:30-da başlanacaq.