“Neftçi” irəlilədi, “Qarabağ” yenə ən yaxşı mövqedə

Çempionlar və Avropa liqalarının 2-ci ələməsində cavab oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb. Allsport.az saytı xəbər verir ki, 421 komanda son 5 ildəki nəticələrinə əsasən sıralanıb. 

Çempionlar liqasında mərhələ adlayan “Qarabağ” ən yaxşı göstəriciyə malik Azərbaycan klubudur. Ağdam təmsilçisi 19,500 xalla 69-cu yerdə qalıb. Onun mövqeyinin qarşıdakı açıqlamalarda irəliləməsi gözlənilir.

“Qəbələ” avrokubokla vidalaşmağına rəğmən, 139-cunu yerini itirməyib. “Qırmızı-qaralar”ın hesabında 7,500 xal var. Avropa liqasında “Arsenal”ı sıradan çıxaran “Neftçi”nin 266-cı pilləyə yüksəlib. “Ağ-qaralar” 3,750 xalla 266-cıdır.

Həmin kateqoriyadan