“Neftçi” klubu ilə avarçəkmə federasiyasını birləşdirən enerji: İndikilərdə sayğac kartladır, yoxsa?..

13-cü turda “Neftçi” – “Sumqayıt” oyunu ərəfəsində meydan sahiblərinin rəsmi sosial hesablarında paylaşdığı “Getdik işıq gələn tərəfə!” video-anonsu geniş əks-səda doğurub. Bu mövsüm qeyri-sabit çıxışı ilə yadda qalan, cəmi 5 qələbəsi olan “ağ-qaralar” utanmayıb oynamaq əvəzinə, qarşı tərəfə dolayısı ilə ədəb-ərkandan kənar atmaca atıb: “Hazıram, başlayaq? – Motor. Onda işıqları söndürün, tekst başlayır. Qara görüntünün ardınca, Aygün Kazımovanın “Qoy işığı söndürüm” mahnısında bu sözlər səsləndirilir.

Klubun yeni mətbuat şöbəsinin bunu hansı məntiqlə etdiyini xeyli yozmaq olar. Birincisi, görüşün acı lətifəsi olaraq, Samir Abbasovun komandası 2:1 qalib gəlib. Başqa sözlə, rəqibə əla ruh yüksəkliyi verilib. İkincisi, indikilər futbolu Şən və hazırcavablar klubu ilə səhv salıblar. Üçüncüsü, yəqin “Neftçi”nin təzə rəhbərliyi avarçəkmə federasiyası ilə dostdur. Yoxsa, hardan onlarda bu qədər bol enerji, sağa-sola xərcləyirlər. Bilməyənlər bilsin ki, adı çəkilən su idmanını “Azərişıq” himayə edir. Onlar da beynəlxalq yarışların açılışında xeyli atəşfəşanlıq edirlər.

İndi, bir məsələ qaranlıq qalır: “Neftçi arena”da işıq sayğacı kartladır, yoxsa elə-belə? Vay o futbolumuzun halına ki, günəşi hər yerdə güləş oxuyalar. Günəş onda küsməyib neyləsin. Caniklər ancaq qaranlığı sevir, axı…

Həmin kateqoriyadan