- Baxış sayı: 26
- 19 Yanvar 2025 23:35
- Baxış sayı: 115
- Yanvar 19, 2025
- 0
“Neftçi”nin U-14 komandası Rusiyanın Krasnodar şəhərində təşkil olunan “Dəri top” turnirinə qələbə ilə başlayıb. Allsport.az xəbər verir ki, baş məşqçi Eldəniz Məmmədovun rəhbərlik etdiyi ilk oyunda “Umed” (Düşənbə, Tacikistan) klubunu 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, 11 komandanın iştirakı ilə keçirilən yarışda “Neftçi” B qrupundakı ikinci oyununu sabah “Puls” (Yakutsk, Rusiya) klubuna qarşı keçirəcək.
Komandamızın qrupdakı növbəti rəqibləri “Spiru Xaret” (Kişinyov, Moldova), “Nadejda” (Krasnodar, Rusiya) və “Qudauta” (Abxaziya) olacaq. Turnirə oktyabrın 18-də yekun vurulacaq.