- Baxış sayı: 123
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

“Napoli”, “Çelsi”nin müdafiəçisi Benia Badyaşilin transferini rəsmən açıqlayıb.
Allsport.az xəbər verir ki, Razılaşma 2026/27 mövsümünün sonuna qədər qüvvədə olacaq və Badyaşilin transfer hüquqlarının birdəfəlik alınması imkanını nəzərdə tutur.
“Napoli” 25 yaşlı məeləz müdafiəçisinin icarəsi üçün 3 milyon avro ödəyəcək. Satınalma məbləği isə əlavə olaraq 20 milyon avrodur.
Benua Badyaşil 2023-cü ildən “Çelsi”də çıxış edir. Fransa millisinin sabiq üzvü ötən mövsüm London təmsilçisinin heyətində bütün turnirlərdə 16 matçda iştirak edib və bu görüşlərdə nə qol vurub, nə də məhsuldar ötürmə edib.