- Baxış sayı: 58
- 15 Sentyabr 2026 12:29
- Baxış sayı: 228
- Sentyabr 13, 2026
- 0

İspaniyanın “Sevilya” klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, La liqa təmsilçisi “Sportinq”dən Giorgi Koçoraşvilini transfer edib.
“Sevilya” gürcüstanlı yarımmüdafiəçi üçün Portuqaliya klubuna 4 milyon avro təzminat ödəyib. 27 yaşlı futbolçu ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
“Sportinq” Giorgi Koçoraşvilini 2025-ci ilin yayında “Levante”dən 5,5 milyon avroya transfer etmişdi. Gürcüstan millisinin üzvü Lissabon nəhənginin heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.