“Neftçi” Küveyt klubuna uduzub

“Neftçi”nin əvəzedici komandası yeni mövsümə hazırlıqda növbəti yoxlama oyununu keçirib.

Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” öz bazasında Küveytin “Əl Salmiya” klubu ilə qarşılaşıb. Görüş 4:1 rəqibin xeyrinə bitib. Bizdən yeganə qolu Ülvi İbrahimov vurub.

Qeyd edək ki, “Neftçi-2” bundan əvvəlki sınaq matçlarında “Zirə-2” (8:2), “Sumqayıt-2” (3:2) və “Keşlə-2”yə (5:3) qalib gəlib.

Həmin kateqoriyadan