“Neftçi” “Qəbələ”ni yendi

“Neftçi” hazırlıq çərçivəsində “Qəbələ” ilə yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, “Bakcell Arena”da baş tutan görüşdə “ağ-qaralar” qələbə qazanıb – 2:1.

Paytaxt təmsilçisinin qollarını Mamadu Kane və Yusuf Laval vurub. Emin Mahmudov penaltidən istifadə edə bilməyib.

“Qəbələ”nin futbolçusu Nikolas Raysel 11 metrlik cərimə zərbəsindən sonra komandasının yeganə qolunu vurub.

Həmin kateqoriyadan