- Baxış sayı: 19
- 06 Avqust 2026 14:08
- Baxış sayı: 178
- Avqust 05, 2026
- 0

Emin Mahmudov Azərbaycan çempionatlarında 40-cı qolunu vurub.
Allsport.az xəbər verir ki, “Neftçi”nin kapitanı premyer liqanın XXIX turunun “Sumqayıt”la ev matçında (1:1) fərqlənib.
Ölkə çempionatında yalnız “ağ-qaralar”ın heyətində çıxış edən 32 yaşlı yarımmüdafiəçi bütün qollarını Bakı klubunda vurub. O, 2017/18 mövsümündən “Neftçi”nin formasını geyinir.
Mahmudov klubun tarixində Azərbaycan çempionatlarında ən azı 40 qol vuran 5-ci futbolçudur.