“Neftçi” və Tehran “İstiqlal”ı arasında yoldaşlıq oyunu

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” hazırlıq çərçivəsində nəzərdə tutulduğu kimi 3 yox, 4 yoxlama oyunu keçirəcək. Allsport.az saytı xəbər verir ki, buna səbəb İranın “İstiqlal” klubundan gələn təklifdir. Sınaq matçı ilə bağlı təklifi müsbət dəyərləndirən “ağ-qaralar” yanvarın 20-də Tehran təmsilçisi ilə qarşılaşacaq.

“Arslan Zəki Dəmirçi” idman kompleksinin meydanında baş tutacaq görüş saat 16:30-da start götürəcək. “İstiqlal” martda keçiriləcək Asiya çempionlar liqasının qrup mərhələsinin oyunlarına hazırlaşır. Tehran komandasını 2010/11 mövsümündə “Bakı”nın baş məşqçisi olmuş almaniyalı Vinfrid Şefer çalışdırır.

“Neftçi” hazırlıqda yanvarın 18-də “Qaz Metan” (Rumıniya), 23-də “Slovan” (Liberes, Çex Respublikası), 26-da “Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.

Həmin kateqoriyadan