- Baxış sayı: 17
- 06 Avqust 2026 22:58
- Baxış sayı: 185
- Avqust 05, 2026
- 0

“Neftçi”nin futbolçusu Ömər Buludov Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Allsport.az xəbər verir ki, 25 yaşlı müdafiəçinin yubileyi Azərbaycan premyer liqasının XXVII turuna təsadüf edib. O, “Kəpəz”lə ev matçında (2:2) sonradan meydana çıxıb.
Ömər liqada yalnız “Neftçi”nin formasını geyindiyi üçün 100 görüşü də bu komandada keçirib. Onun aktivində 4 qol var.
Buludovun çempionatda debütü 2017/18 mövsümündə gerçəkləşib. O, 2017-ci il noyabrın 25-də “Keşlə” (indiki “Şamaxı”) ilə ev matçında (3:1) şans qazanıb.