- Baxış sayı: 10
- 25 May 2026 21:26
- Baxış sayı: 49
- May 25, 2026
- 0

Topaz premyer liqasının öncülü “Neftçi” qol seriyasını 20-yə çatdırıb. Allsport.az saytı xəbər verir ki, 12-ci turda “Səbail”ə qalib gələn “ağ-qaralar” ardıcıl 20 matçdır meydanı qolsuz tərk etmir. Bayraqdar sonuncu dəfə ötən mövsümdə, martın 14-də “Qarabağ”la ev görüşündə qol vura bilməmişdi – 0:0.
Ötən mövsümün son 8 turunda 15, cari çempionatın 12 matçında 24 dəfə fərqlənən “Neftçi” 20 oyunluq seriya müddətində 39 dəfə rəqib qapısına yol tapıb. Bu, “ağ-qaralar”ın Azərbaycan çempionatlarında 3-cü, son 11 ildə isə ən yaxşı göstəricisidir.