- Baxış sayı: 37
- 22 İyun 2026 11:16
- Baxış sayı: 66
- İyun 22, 2026
- 0

Allsprot.az xəbər verir ki, Emin Mahmudov Azərbaycan çempionatında 150-ci oyununu keçirib. 31 yaşlı yarımmüdafiəçinin yubileyi premyer liqanın 33-cü turuna təsadüf edib.
“Turan Tovuz”la səfər matçı “ağ-qaralar”ın kapitanı üçün əlamətdar olub. O, premyer liqada keçirdiyi 150 oyunun hamısında “Neftçi” forması geyinib.
Debütü 2017/18 mövsümünə təsadüf edən Emin bu görüşlərdə 37 qola imza atıb. Yarımmüdafiəçi klub tarixində Azərbaycan çempionatında 150 və daha çox matça çıxan 6-cı futbolçudur. 1992-ci ildən keçirilən yarışda Mahmudova qədər 5 oyunçu ağ-qara forma ilə ən azı 150 dəfə meydana çıxıb.
“Neftçi” bu qarşılaşmada 0:4 hesabı ilə uduzub.