“Neftçi”də 8 ildən sonra ilk dəfə

“Neftçi” ölkə çempionatının startında yenilməz oyunlar zolağını 5-ə çatdırıb. Allsport.az saytı xəbər verir ki, 5-cu turda “Zirə” ilə matçda 2:1 hesabı ilə qalib gələn “ağ-qaralar”, cəmdə 4 qələbə qazanıb və 1 dəfə heç-heçə edib.

Paytaxt klubunun ilk 5 oyunda uduzmamasına son 8 mövsümdə ilk dəfə təsadüf olunur. Bakılıların belə uğurlu startı sonuncu dəfə 2010/11 mövsümündə qeydə alınıb.

Hesabında 13 xal olan “Neftçi” belə göstəriciyə də 2010/11 mövsümündən sonra imza atmamışdı. Lakin 8 il öncə top fərqi indiki ilə müqayisədə daha yaxşı olub. Həmin vaxt 10 qol vurub, 1-ni buraxan “ağ-qaralar”da bu göstərici 9-3-dür.

Həmin kateqoriyadan