“Neftçi”də daha bir braziliyalı

“Neftçi” növbəti transferini rəsmiləşdirib. Allsport.az xəbər verir ki, braziliyalı futbolçu Tallison Dias ilə 2 il müddətinə müqavilə bağlanıb.

28 yaşlı sol cinah müdafiəçisi komandanın heyətində 91 nömrəli formanı geyinəcək. Sonuncu klubu “Quarani” (2019-2020) olan Tallison Braziliyanın ASA (2012-2014), “Flamenqo” (2015-2016), “Fortaleza” (2015), “Ferroviaria” (2016), “Seara” (2016-2017), “Red Bull Brasil” (2017), “Vitoria” (2017-2018) və “Novorizontino” (2018), həmçinin Belçikanın “Sent-Trüden” (2018-2019) klublarında oynayıb.

“Neftçi” bundan əvvəl cinah müdafiəçisi Cabir Əmirli ilə yanaşı, nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı, Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini, braziliyalı mərkəz müdafiəçisi Rener Alves De Souzanı transfer etmişdi. Bundan əlavə, “Səbail”lə icarə müqaviləsi başa çatmış Fəhmin Muradbəyli komandaya qayıdıb.

Həmin kateqoriyadan