“Neftçi”də mərakeşli oyunçu

“Neftçi” daha bir əcnəbu futbolçunu transfer edib. Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrin ilə 2 il müddətinə müqavilə bağlayıb.

24 yaşlı futbolçu “ağ-qaralar”da 29 nömrəli formanı geyinəcək.

Sabir Buqrin Belçikanın “Lyers” (2014-2018; 82 oyun, 3 qol), Fransanın “Paris” (2018-2019; 4 oyun) və Lüksemburqun “Dudelanj” (2019-2020; 20 oyun, 2 qol) klublarında oynayıb.

Həmin kateqoriyadan