“Neftçi”də yeni himayədar

“Neftçi”nin tərəfdaşları arasına daha bir şirkət daxil olub. Allsport.az saytı xəbər verir ki, bu, “Mineral sular”dır. Bağlanmış 1 illik müqaviləyə əsasən, şirkət bu müddət ərzində “ağ-qarakar”ın bütün su təminatını öz üzərinə götürüb.

Razılaşmanın şərtlərinə görə “Neftçi” və “Neftçi-2” komandalarının oyun formalarının qoluna şirkətin “Vita1000 Mineral Sular” brendinin loqosu vurulmaqla yanaşı, qarşı tərəfə digər reklam xidmətləri də göstəriləcək.

Qeyd edək ki, hər bir əməkdaşlığa çox önəm verən “Neftçi” PFK-nın əsas tərəfdaşları SOCAR və Türk Hava Yolları şirkətidir. Yeni sponsorlar axtarışını davam etdirən klub, yaxın zamanda daha bir şirkətlə tərəfdaşlıq müqaviləsi imzalayacaq.

Həmin kateqoriyadan