- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

“Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub. Allsport.az saytı xəbər verir ki, Vadar Nuriyev əsas komandada köməkçi məşqçi vəzifəsini yerinə yetirəcək. 47 yaşlı mütəxəssislə 1 il müddətinə müqavilə bağlanıb.
1998-2001-ci illərdə “Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub.
2018-ci ildə əvəzedici komadanın baş məşqçisi olmuş Nuriyev “İnter”in əvəzedici və U-19 komandalarında, eləcə də “Olimpik-Şüvəlan”ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AzAL, MOİK və “Keşlə” klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.