- Baxış sayı: 39
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 127
- Sentyabr 23, 2026
- 0
“Neftçi”nin sabiq futbolçusu Karlos Kardoso özünə yeni iş yeri tapıb. Allsport.az xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını İran çempionatında davam etdirəcək.
Belə ki, o, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” klubu ilə müqavilə bağlayıb. Tərəflər bir illik müqaviləyə imza atıblar.
Qeyd edək ki, “Traktorsazi” son mövsümdə İran çempionatının gümüş medallarını qazandırıb.