- Baxış sayı: 36
- 24 İyun 2026 17:37
- Baxış sayı: 84
- İyun 23, 2026
- 0

Polşada təlim-məşq toplanışında olan “Neftçi” yerli “Termalika” komandası ilə yoxlama oyunu keçirib.
Allsport.az xəbər verir ki, “Sportovi novini” stadionunda baş tutan görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Samir Abbasovun rəhbərlik etdiyi kollektiv daha öncə “Hapoel” (Təl-Əviv) ilə yoxlama matçında 1:1 hesablı heç-heçə edib.
“Neftçi” iyulun 27-də “Asteras” və avqustun 1-də AEL klubu ilə yoxlama oyunları keçirəcək.