“Neftçi”dən ilk və rekord

“Neftçi” mövsümdə ilk böyük hesablı qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, bu, premyer liqanın 10-cu turunda “Qəbələ” ilə matçına təsadüf edib. Səfər görüşünədək bütün qələbələri bir top fərqi ilə (iki dəfə 1:0, iki dəfə 2:1) olan “ağ-qaralar” 4:1 hesabına sevinib.

Bununla da bayraqdarın böyük hesablı qələbə qazandığı mövsümlərin sayı 28-ə çatıb. Yalnız 2015/16 mövsümündə belə nəticəsi olmayan paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur.

Ümumilikdə, 128-ci dəfə 3 və ya daha çox top fərqi ilə qalib gələn “Neftçi” bu göstəricidə də rekorda sahibdir.

Həmin kateqoriyadan