FOTO
“Neftçi”dən könüllülərə sertifikat

Azərbaycanda könüllülərdən ibarət qrupların yaradılması geniş yayılıb. Allsport.az xəbər verir ki, 17 yaşadək qızlar arasında 2012-ci il dünya çempionatı, futzal üzrə UEFA kubokunun 2014-cü il “Dördlər finalı”, Bakı-2015 Avropa Oyunlarında və bir çox yarışlarda bunun şahidi olmuşuq.

“Neftçi” PFK-da da belə bir qrupun yaradılması uğurla həyata keçirilib. Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” – “Mladost” oyunu buna əyani sübutdur.

Ötən gün həmin matçda fəaliyyət göstərmiş “Neftçi” PFK-nın könüllülərdən ibarət qrup üzvlərinin təltifedilmə mərasimi baş tutub. “Bakcell Arena” stadionunun media mərkəzində keçirilmiş tədbirdə “Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədov könüllülərə sertifikatlar təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Həmin kateqoriyadan