- Baxış sayı: 26
- 06 Dekabr 2024 11:10
- Baxış sayı: 94
- Dekabr 05, 2024
- 0
Premyer liqada qış çempionu adını “Neftçi” qazanıb. Allsport.az saytı xəbər verir ki, Bakı klubu mövsümün qış fasiləsinə 1-ci yerdə yollanıb. Bu, paytaxt təmsilçisinin tarixində 9-cu belə nəticədir. Sonuncu dəfə iki il öncə qış çempionu olan “ağ-qaralar” fasilədən sonra yenidən eyni göstəriciyə imza atıb.
Azərbaycan çempionatlarının payız-yaz sistemi ilə keçirilməyə başladığı 1993/94 mövsümündən indiyədək ən çox qış çempionluğu qazanan “Neftçi”dir. “Qarabağ”ın 7 belə uğuru var. “Kəpəz” və “Keşlə” (“İnter” adlandığı dövrdə) hərəyə üç dəfə qış fasiləsinə zirvədə yollanmağı bacarıb.
Digər 5 mövsümdə isə buna fərqli komandalar imza atıb. “Xəzri”, “Şəmkir”, “Karvan”, “Xəzər Lənkəran” və “Olimpik” (sonrakı “Şüvəlan”) də qış çempionluğu yaşayıb.
Qış çempionları:
1993/94. “Kəpəz”
1994/95. “Neftçi”
1995/96. “Xəzri”
1996/97. “Neftçi”
1997/98. “Kəpəz”
1998/99. “Kəpəz”
1999/2000. “Şəmkir”
2000/01. “Neftçi”
2001/02. “Neftçi”
2003/04. “Neftçi”
2004/05. “Qarabağ”
2005/06. “Karvan”
2006/07. “Xəzər Lənkəran”
2007/08. “Olimpik”
2008/09. “İnter”
2009/10. “İnter”
2010/11. “Neftçi”
2011/12. “Neftçi”
2012/13. “İnter”
2013/14. “Qarabağ”
2014/15. “Qarabağ”
2015/16. “Qarabağ”
2016/17. “Qarabağ”
2017/18. “Qarabağ”
2018/19. “Neftçi”
2019/20. “Qarabağ”
2020/21. “Neftçi”