“Komanda əla iş görür”

“Komanda əla iş görür”

CEV Çelenc kubokunun 1/32 final mərhələsinin cavab oyununda Norveçin “Forde VBK” klubunu 3:0 hesabı ilə məğlub edən “Ordu” növbəti mərhələyə yüksəlib.

Allsport.az xəbər verir ki, Azərbaycan təmsilçisinin hücumçusu Hidalqo Oliva Salvador qarşılaşmadan sonra təəssüratlarını bölüşüb.

O, qələbədən və komandanın çıxışından məmnunluğunu ifadə edib:

“Çox sevincliyik, çünki qalib gəldik və növbəti mərhələyə keçdik. Bütün komanda əla iş görür. Həm səfərdə, həm də evdə 3:0 hesabı ilə qalib gələrək çox yaxşı nəticə göstərdik. Sadəcə xoşbəxtik, işləməyə davam edirik və indi növbəti CEV Çelenc kuboku oyununu səbirsizliklə gözləyirik. Tezliklə görüşərik”.

Həmin kateqoriyadan