“Neftçi”nin baş məşqçisindən təşəkkür

“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov “Qəbələ” ilə sınaq matçından (2:1) sonra mətbuat konfransında fikirini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, oyun təcrübəsini geri qaytarmaq baxımından yoxlama oyunlarının önəmli olduğunu vurğulayıb:

“İki gün əvvəl də yoxlama görüşü keçirmişdik. Bununla həm komandamızın fiziki vəziyyətini yaxşılaşdırmaq, həm də çempionat oyunları arasında fasilənin az olacağını nəzərə alıb futbolçuların bu gərginliyə uyğunlaşmasını istəyirik.

Bugünkü matça gəlincə, maraqlı oldu, hər iki komanda yaxşı oyun göstərdi. Təəssüf ki, bir-iki futbolçumuz yüngül də olsa zədələndi. Buna baxmayaraq, oyun təcrübəsini geri qaytarmaq baxımından belə görüşlər önəmlidir. Əzmkarlıq göstərdiklərinə görə hər iki komandanın üzvlərinə təşəkkür edirəm”.

Həmin kateqoriyadan