- Baxış sayı: 41
- 22 Sentyabr 2026 23:58
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

Premyer liqanın XIII turu “Neftçi”nin futbolçusu Soni Mustivar üçün əlamətdar olub. Allsport.az xəbər verir ki, haitili yarımmüdafiəçi Bakı klubunda 50-ci oyununu keçirib. “Səbail”lə səfər görüşünə (0:0) qədər 49 dəfə ağ-qara forma geyinən əcnəbi 3 qol vurub.
2018-ci ildən paytaxt təmsilçisinin şərəfini qoruyan 29 yaşlı oyunçu premyer liqada 39, Azərbaycan kubokunda 4, Avropa liqasında 7 dəfə şans qazanıb. O, qollarından ikisini çempionat, birini kubokda vurub.