“Neftçi”nin futbolçusunun xanımı ağır xəstəliyə tutulub

“Neftçi”nin ukraynalı futbolçusu Kiril Petrov “Sumqayıt”la Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçına da çıxmayacaq.

Allsport.az xəbər verir ki, Petrova vacib oyun öncəsi icazə verilib. Buna səbəb onun ailəsindəki problemdir. Xanımı xərçəngə tutulduğu üçün 29 yaşlı müdafiəçi rəhbərlikdən icazə alıb.

Futbolçunun həyat yoldaşının müalicəsi davam edir. Onun vəziyyəti ağırdır.

Həmin kateqoriyadan