“Neftçi”nin haitili futbolçusu: Bu tempdə də davam etməliyik

“Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar “Keşlə” üzərində qələbəni təəssuratını bölüşüb. Allsport.az saytı xəbər verir ki, komandasının sonadək mübarizə apardığını deyən haitili futbolçu, bu uğurun mənəvi cəhətdən də önəmli olduğunu deyib:

“Çox çətin oyun oldu. Ona görə ki, həm “Keşlə” güclü rəqibdir, həm də süni meydançada oynayırdıq. Komandamız çox yaxşı çıxış etdi. Hər bir futbolçumuz sonadək döyüşdü.

Onları təbrik edirəm. Bu tempdə də davam etməliyik. Bu qələbə mənəvi cəhətdən də çox önəmli idi. Azarkeşlərə minnətdaram. Onlar həmişəki kimi bizi sonadək dəstəklədilər”.

Həmin kateqoriyadan