“Neftçi”nin keçmiş baş məşqçisi Slovakiya klubunda

“Neftçi”nin keçmiş baş məşqçisi Slovakiya klubunda

“Neftçi”nin sabiq baş məşqçisi Anatoli Demyanenkonun yeni iş yeri müəyyənləşib.

Allsport.az xəbər verir ki, ukraynalı mütəxəssis bundan sonra Slovakiyanın “Nitra” klubunu çalışdıracaq. 7 il sonra baş məşqçiliyə qayıdan 60 yaşlı mütəxəssisin qarşısına komandanı elitada saxlamaq tapşırığı qoyulub.

“Nitra” 18 turdan sonra topladığı 15 xalla 12 komanda arasında 11-cidir.

Demyanenko 2008-ci ildə “Neftçi”nin baş məşqçisi olub. O, 2013-cü ildən çalışmırdı.

Həmin kateqoriyadan