- Baxış sayı: 52
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 230
- Noyabr 09, 2026
- 0

Allsport.az xəbər verir ki, “Neftçi” PFK-nın müdafiəçisi Solomon Kverkveliya Gürcüstan milli komandasına dəvət olunub.
31 yaşlı futbolçu AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində iyunun 17-də Kipr, 20-də isə Şotlandiya ilə keçiriləcək səfər matçlarına çağırılıb.
Kverkveliya Gürcüstan milli komandasının heyətində 48 oyunda meydana çıxıb.