“Neftçi”nin oyunu litvalı hakimlərə tapşırıldı

Avropa liqasının I təsinfat mərhələsində keçiriləcək “Neftçi” – “Şkupi” (Şimali Makedoniya) matçının hakimləri açıqlanıb. Allsport.az xəbər verir ki, qarşılaşmanı latviyalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Aleksandrs Qolubevs olacaq. Ona Raymonds Tatriks və Yevgeni Morozovs kömək edəcəklər. Dördüncü hakim funksiyasını Artis Kenins yerinə yetirəcək.

Avqustun 27də “Bakcell Arena”da keçiriləcək qarşılaşmanın start fiti 20:00-da səslənəcək.

Həmin kateqoriyadan