- Baxış sayı: 52
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 230
- Noyabr 09, 2026
- 0

“Neftçi” Avropa liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Şkupi” klubu yeni futbolçu alıb. Allsport.az xəbər verir ki, Şimali Makedoniya təmsilçisi Albaniyanın “Vlazniya” klubundan ayrılan Filip Qliqorovu transfer edib.
27 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. “Şkupi” bundan öncə millimizin keçmiş üzvü Elvin Yunuszadəni transfer etmişdi.
“Neftçi”–“Şkupi” matçı avqustun 27-də saat 20:00-da “Bakcell arena”da keçiriləcək.