VİDEO
“Neftçi”nin rumıniyalı legionçusu azarkeşə hücum çəkdi

Premyer liqasının 9-cu turunda keçirilən “Neftçi” – “Qarabağ” matçının son saniyələrində baş vermiş qalmaqalın görüntüləri yayımlanıb. Allsport.az saytı xəbər verir ki, komandasının 2-ci qolu buraxdığı anda ev sahiblərinin fanatlarından biri meydançaya qaçıb.

Bu anda “ağ-qaralar”ın rumıniyalı forvardı Katalin Tira ona hücum çəkib. Azarkeş dərhal polislər tərəfindən stadiondan uzaqlaşdırılıb. Tiranı isə futbolçular birtəhər sakitləşdirə biliblər. Onun belə aqressiv davranmağının dəqiq səbəbi bilinməsə də, hakim bu hərəkətinə görə onu birbaşa qırmızı vərəqə ilə meydandan qovub.

Həmin kateqoriyadan