“Neftçi”nin şikayəti təmin olunmadı

AFFA-nın apellyasiya arbitraj tribunalının 01.06.2023-cü il tarixli qərarları çıxıb. Allsport.az saytı həmin qərarları nəzərinizə çatdırır:

1. “Neftçi” Peşəkar Futbol Klubunun tərcüməçisi Vüqar Əliyev tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.

2. 26.04.2023-cü il tarixində Azərbaycan kubokunun 1/2 finalında “Neftçi” – “Turan Tovuz” oyununun 90+8-ci dəqiqəsində “ağ-qaralar”ın tərcüməçisi Vüqar Əliyevin qonaq komandanın rəsmi şəxslərinə qarşı qeyri-etik hərəkətlər etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün, Azərbaycan kubokunda 5 oyun cəzalanması, klubun 4000 manat cərimə edilməsi (maddə 41.4) barədə intizam komitəsinin 03 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Həmin kateqoriyadan