“Neftçi”nin yeni transferi: “Hədəf çempionlar liqasıdır”

“Neftçi”nin yeni transferi Mərd Çəlik klub televiziyasına müsahibə verib. Allsport.az xəbər verir ki, 20 yaşlı mərkəz müdafiəçisi “Başağşəhər”dən “Neftçi”yə icarəyə verilməsindən danışıb: 

“Türkiyənin yeni çempionu “Başağşəhər”dən Azərbaycanın ən köklü və ən böyük klublarından olan “Neftçi”yə gəldiyim üçün həqiqətən də çox xoşbəxtəm. Bu klub Türkiyə və dünyada da tanınır. Belə komandada oynamaqdan məmnunam. “Neftçi” ölkənin ən qədim və köklü klubudur. Burada gənclərə çox böyük önəm verilir. Mənim bu klubu seçməkdə ən böyük səbəbim gənclərə böyük diqqət və qayğının göstərilməsidir. Ona görə də burada olduğum üçün çox xoşbəxtəm”.

Gənc oyunçu”Neftçi”də çempionluq sevinci yaşamaq istədiyini deyib: “İlkin hədəfim budur: azarkeşlərimiz və oyunçularımızla birgə bu mövsüm qızıl medal qazanaraq, çempionlar liqasında mübarizə aparmaq istəyirik. Burada hamı – klub prezidenti, idman direktoru, baş məşqçimiz məni çox yaxşı qarşıladı. Mən də onları xoşbəxt etmək üçün nəyə qadir olduğumu meydanda göstərəcəyəm. Bundan heç bir şübhə etməsinlər”.

Çəlik Azərbaycanın U-21 millisinin üzvüdür.

Həmin kateqoriyadan