- Baxış sayı: 36
- 22 İyun 2026 11:16
- Baxış sayı: 39
- İyun 22, 2026
- 0

“Neftçi”nin zədəli futbolçularının son durumuna aydınlıq gəlib.
Allsport.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlama verib.
Onun sözlərinə görə, hələ də zədəsini sağaltmayan Rəhman Hacıyevin müalicəsi davam edir və futbolçu fərdi hərəkətlərlə kifayətlənir: “Ömər Buludov və Eddi İsrafilov komanda ilə məşqlərə qoşulublar. Qapıçı Emil Balayevin isə bərpa prosesi davam edir”.