- Baxış sayı: 8
- 10 Avqust 2026 23:14
- Baxış sayı: 82
- Avqust 10, 2026
- 0

Allsport.az xəbər verir ki, PSJ-in hücumçusu Neymar Braziliyada ətraf mühitin mühafizəsi qaydalarını pozduğuna görə böyük məbləğdə cərimələnəcək.
Ulduz futbolçu Rio de Janeyro əyalətindəki iqamətgahlarından birində bir neçə “ekoloji pozuntu” ilə nəticələnən bəzi işlər aparılıb. Bunlara su axınının dəyişdirilməsi, süni gölü təmin etmək üçün çaydan suyun icazəsiz çıxarılması daxildir. Torpağın, daşların və qayaların icazəsiz yerdəyişməsi, həmçinin xüsusi icazə olmadan çimərlik qumundan istifadə halları da aşkar edilib.
“Növbəti addım aşkar edilmiş pozuntuların qiymətləndirilməsi və hesablamalara görə və ətraf mühitə dəymiş ziyan nəzərə alınmaqla ən azı 5 milyon real (təxminən 950 min avro) məbləğində cərimə tətbiq etmək olacaq”-şəhərin meri deyib.